Mariupoldan mülki əhalinin təxliyəsi üzrə BMT-nin himayəsi altında üçüncü əməliyyat başlayıb.

Bu barədə BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

"Mülki əhalinin təxliyəsi üzrə üçüncü əməliyyat bu gün səhər saatlarında başlayıb", - deyə o bildirib.

M.Qriffits həmçinin Rusiya və Ukrayna hakimiyyətinə "təxliyə əməliyyatının reallaşması üçün konstruktiv və mühüm əməkdaşlığa" görə təşəkkür edib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN