Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə yenidən Fransa Prezidenti seçilən Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar, eləcə də başda Rusiya-Ukrayna böhranı olmaqla regional məsələlər müzakirə edilib.

Emmanuel Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edən Türkiyə Prezidenti seçkinin nəticələrinin Fransa üçün xeyirli olmasını arzulayıb.

Prezident Ərdoğan Türkiyə-Fransa əlaqələrinin ortaq qitə olan Avropanın dünyadakı rolu baxımından da böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Türkiyə olaraq Ukraynadakı gərginliyin diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edən Prezident Ərdoğan, danışıqlar prosesinin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN