Rumıniya hökuməti vətəndaşlara toy mərasimlərinin keçirilməsi üçün faizsiz kreditlərin verilməsi və yeni evlənənlər üçün kirayə evlərin verilməsi ilə bağlı genişmiqyaslı “Ailə başlanğıcı” maliyyə proqramını təsdiqləyib.

Tezadlar.az rəsmi məlumata istinadən xəbər verir ki, bununla Rumıniya hakimiyyəti ölkədə nikah institutunu gücləndirmək və doğum səviyyəsini artırmaq niyyətindədir. Rumıniyanın ailə məsələləri üzrə naziri Qabriela Firyanın sözlərinə görə, yenilik yüz minlərlə gənc cütlüyə “həyatda yeni mərhələyə başlamağa” imkan verəcək.

Kreditin maksimal məbləği 15 min avro təşkil edəcək.

Qeyd edək ki, yaxın vaxtlarda müvafiq ödənişlər üçün müraciət edənlərin kateqoriyalarının siyahısının genişləndiriləcəyi gözlənilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN