20 milyon dollarlıq gübrə…
Ukraynanın Nikolayev vilayətində Dövlət Təhqiqat Bürosu 20 milyon dollar dəyərində gübrə olan Belarus vaqonlarını həbs edib.
Bu barədə DTB-nin mətbuat xidməti məlumat yayıb.
"Dövlət İstintaq Bürosu təcavüzkar ölkələrin mülkiyyətinin dövlətimizin xeyrinə müəyyən edilərək müsadirə edilməsi istiqamətində sistemli işləri davam etdirir. Xüsusilə, Nikolayev vilayətində DTB-nin əməkdaşları dəniz limanının ərazisindən 188 vaqon mineral gübrə aşkar ediblər. 77 min ton mal Belarus holdinq şirkətinə məxsus olub. Əmlakın Belarus vaqonları ilə birgə dəyəri təxminən 20 milyon dollar təşkil edib”, - deyə məlumatda deyilir.
Xatırladaq ki, iki ölkə arasında münasibətlərin daha da pisləşməsinə səbəb Ukraynaya hücumdan sonra Belarus prezidentinin Rusiyanı dəstəkləməsi olub.
Və bu münasibət get-gedə məlum səbəblərdən korlanıb...
Y.MƏMMƏDLİ