Banqladeşdə avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə "The Daily Observer" məlumat yayıb.
Avtobusun sərnişinləri arasında uşaqlar da olub.
Hadisə Barışal-Dəkkə avtomobil yolunda qeydə alınıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq ağaca çırpılıb.