Misir məhkəməsi prezidentliyə keçmiş namizəd Abdel Moneym Əbu əl-Futuhu 15 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb.

Keçmiş siyasətçi cəzasını sərt rejimli koloniyada çəkəcək.

O, milli maraqlara zərər vurmaqda və qanunvericiliyi pozaraq yaradılmış qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.

İşə baxan Ali Cinayət Məhkəməsi “Müsəlman Qardaşlar”ın liderlərindən biri Mahmud İzzət də daxil olmaqla, daha 6 müttəhimə oxşar hökmlər çıxarıb.

Abdel Moneym Əbu əl-Futuh keçmişdə “Müsəlman Qardaşlar”ın liderlərindən biri olub, lakin rəhbərliyin digər üzvləri ilə bir sıra məsələlərdə fikir ayrılığına görə birliyin sıralarını tərk edib və 2012-ci il prezident seçkilərində namizədliyini irəli sürüb. 2018-ci il fevralın ortalarında siyasətçi Londondan qayıdandan az sonra həbs edilib. O, zorakılığa çağırışda, yalan məlumat yaymaqda, terror qruplaşmasına rəhbərlik etməkdə və ictimai asayişi pozan xəbərlər yaymaqda ittiham olunub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN