Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qurumun Müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 181.3.2-ci; 228.1-ci; 326.1-ci və 66.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Azad Rahib oğlu Həziyevə tanışı Şərur rayon sakini Elşən Əsgər oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı şalvarın balaq hissələrinin tikişlərində xüsusi üsulla gizlədilmiş iki ədəd sellofan bükülüdə ümumi çəkisi 3,191 qram olan heroin və ümumi çəkisi 2,236 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN