Məşhur fotojurnalist Reza Deqati rəsmi instaqram səhifəsində Qarabağın simvolu olan “Xarıbülbül” gülü ilə bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik: “Xarıbülbül” gülü bir güldən daha artıqdır. O, bütöv bir xalqın müqavimətini, azadlığını, qurtuluşunu, sevincini, mədəniyyətini və sənətini simvollaşdırır. Bu xüsusi (Ophrys Caucasica) “Sülh və Sevgi” çiçəyi Azərbaycanın, Qarabağın simvoluna çevrilmişdir.
Bir neçə həftə ərzində Şuşada bu sirli çiçəyi axtarırdım. Nəhayət, yola düşməzdən bir gün əvvəl dostum Elşad İskəndərov mənə “Sənin üçün tapdım” dedi! Ora qaçdıq, nəhayət, otuz ildən sonra onu yenidən görmək və ona bu qədər yaxınlaşmaq mənim üçün emosional bir an oldu. Yola düşməzdən əvvəl vaxtımın çoxunu onun üzərində düşünməyə və sizin üçün fotoşəkil çəkməyə sərf edirəm. Bu mənim bahar hədiyyəmdir!”.