“1990-cı ildən yaşadığım mənzilin içərisi yağış yağan zaman su içində qalır. İcra nümayəndələri isə problemin həllinə çalışmırlar”.
Bunu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov 28 küçəsi, mənzil 20-də yaşayan Gülarə Şirəliyeva Şamil qızı deyir.
Problemlə bağlı bir neçə dəfə Sabunçunun icra başçısı Adil Vəliyevin qəbulunda olduğunu deyən mənzil sahibi sözlərinə belə davam edib: “Ona da bildirmişəm ki, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilim illərdir yağış, qar yağan kimi su ilə dolur. Adil Vəliyev icra nüayəndələrinə hər dəfə yerində tədbir görülməsi üçün göstəriş versə də, ona məhəl qoyan yoxdur. Uzun müddətdir hələ də bir əncam çəkən yoxdur.
2 il öncə bununla bağlı mətbuatda məlumat dərc olundu. Həmin xəbərdən sonra icra nümayəndələri evimizə gəldi. Kooperativ bina olduğunu bəhanə gətirdi və heç bir tədbir görülmədi.
Hələ də yağış yağanda evimin ortasında gölməçə yaranır. Sonuncu dəfə icra nümayəndələri ilə məktəblərdə təşkil olunan tədbirlərin birində sakin olaraq yaşadığımız binanın problemlərini dilə gətirmişik, amma...".
E.ŞİRİNOV