Çinin cənubund Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar nəticəsində azı 4 nəfər ölüb, bir nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunur ki, ölənlər və itkin düşmüş şəxs eyni evin sakinləri olub. Güclü yağışlar nəticəsində taxta ev uçub. Daha sonra dörd nəfərin cəsədi tapılıb. Digər şəxsin axtarışları davam edir.
Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar cümə günü axşam saatlarından başlayıb. Proqnozlara görə, leysan iyunun 21-dək davam edəcək.