Qazaxıstan qondarma "Dontesk və Luqansk xalq respublikalarının" ("DXR" və "LXR") "müstəqilliyini" tanımağı planlaşdırmır. Bu barədə cümə günü, iyunun 17-də 25-ci Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyasında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan prezidenti RF prezidenti Vladimir Putinin iştirak etdiyi tədbirdə "DXR"i və "LXR"i "qondarma dövlət əraziləri" adlandırıb.

"Millətin öz müqəddəratını təyin etmək hüququ bütün yer kürəsində real olaraq həyata keçirilsə, hazırda BMT-nin tərkibinə daxil olan 193 dövlət yerinə Yer üzərində 500 və ya 600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu, xaos olar", - deyə Tokayev qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan bu səbəbdən "nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı" tanımır. "Göründüyü qədər, bizim fikrimizcə qondarma dövlət ərazisi olan Luqansk və Donetskə münasibətdə də tətbiq ediləcək", deyən prezident əlavə edib ki, müzakirələrin moderatoru, RT-nin baş redaktoru Marqarita Simonyanın sualına "açıq cavab" verib. O, Qazaxıstanın RF-nin Ukraynadakı "xüsusi əməliyyatına" necə yanaşdığını soruşmuşdu. Kasım-Jomart Tokayev eyni zamanda ölkədə Ukraynadakı müharibəyə müxtəlif baxışların mövcud olduğundan əminliyini ifadə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN