Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Cümhuriyyət cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində süqut etdi. Şimali Azərbaycanda Sovet Sosialist Respublikası yaradıldı. Elə o zamandan ölkəmizdə ordu quruculuğu prosesi dayandı. 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı! Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv oldu və 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 14 oktyabr 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edildi. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralin 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan All Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə six və səmərəli əməkdaşlığı, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə səbəb oldu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan ordusu modern orduya çevrildi.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ölkəmizin hərbi qüdrətinin artması təkcə ölkə vətəndaşları üçün yox, həmçinin, dünya ictimaiyyəti üçün də maraqlıdır. Azərbaycanın belə dinamik inkişafının məntiqi nəticəsi olaraq, xarici investisiyaların da ölkəyə axını artım tendensiyasına sadiqdir və investorlar ölkədə sabitliyin qorunmasına çox maraqlıdırlar. Bu baxımdan, ölkəmizin hərbi qüdrəti, əslində, təkcə ölkə vətəndaşları üçün yox, həmçinin, məhz onların da, dolayısı ilə bütün dünya ictimaiyyətinin də maraq dairəsindədir. Bu gün ölkəmizin hərbi qüdrəti işğal altında olan torpaqlarımılzın işğaldan azad olmasını təmin etdi. Nəinki düşmən tərəf, hətta beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar belə bu uğurlarla hesablaşmaq məcburiyyətindədir. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir. Azərbaycan ordusunun dünyanın an güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparilan islahatlaria bağlıdır. Azarbaycan Respublikası Prezidentinin tapşırığı ila ordumuzda yeni tayinatıi Komando hərbi hissəsi yaradıldı 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan liham Əliyev Xocavand rayonunun Hadrut qasəbəsinə hərbi hissanin açılışında demişdir: "Komando Briqadasının yaradılması bizim üçün yenlikdir Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istərilən hərbi vəzifəni icra etməyə qadır olacaqlar Yüksək talim keçmiş, yüksək iradə nümayış etdirmiş və Vətən uğrunda özlerini təda etmaya hazir olan övladiarımız bu briqadalarda xidmət edəcəklər.”
Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə, başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, xalqın birliyi və dəstəyi ilə müharibədə qələbə qazanaraq işğalçı qüvvələri darmadağın etdi. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan və digər dövlət sərhədlərində ərazilərimizin müdafiəsi ilə məşğuldur. 44 günlük müharibə Azərbaycan ordusunun bundan sonra hansı prioritetlərə üstünlük verəcəyini, hansı islahatlar aparmalı olduğunu, öz inkişaf yolunu, yol xəritəsini necə müəyyənləşdirəcəyini bir daha ortaya qoydu. Ali Baş Komandan, artıq ordumuzun əsas istiqamətini müəyyənləşdirib və qardaş Türkiyə Ordusunun modelini seçib. Türkiyənin Silahlı Qüvvələri və ordusu böyük təcrübəyə malik, NATO-nun və dünyanın ən güclü ordularından sayılır. Azərbaycanın 44 günlük müharibəsi XX əsrin tələblərinə cavab verən müharibə kimi qəbul olunur. Müasir hərb elminin inkişafında silahlı qüvvələrimizin qazandığı təcrübə izlənilir, öyrənilir. Azərbaycan məhz o təcrübədən irəli gələrək aparılacaq islahatların hansı istiqamətdə inkişaf etdirilməsi ilə bağlı təhlillər aparır, artıq nəticələri görürük.
Qəhrəmanlarımızın əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbayca Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür.
Cəsur əsğərlərimiz, “Zəfər" və "Qarabağ" ordenləri, həmçinin 15 -"Vətən Müharibəsi Qəhrəmanı", “Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad ounmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", Suşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad ounmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunmuşlar.
Vətən müharibəsində dövlətimiz və ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir. Azərbaycan ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq.
Yəhya Ağayev,
Silahlı Qüvvələr veteranı, Müharibə və Əmək veteranı, Nizami Rayon Veteranları Təşkilatının sədri, Prezident təqaüdçüsü, ehtiyatda olan mayor