25 iyun 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhid Quluzadə Qurbanəli Elşad oğlunun məzarı önündə döğum günü qeyd edilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Hərbi Səfərbərlik Xidmətinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir. Həmçinin RİH başçısı qeyd etdi ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Sonda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.