Rusiyanın Samara vilayətinin Kamışla kəndində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“İnterfax” xəbər verir ki, “Opel” markalı minik avtomobili xəndəyə girərək tövləyə çırpılıb. Nəticədə avtomobil yanıb.
Sürücü və 4 sərnişin hadisə yerində ölüb. Qəza zamanı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.