AZƏRBAYCAN İLƏ TÜRK DÖVLƏTLƏRİ ARASINDA TİCARƏT DÖVRİYYƏSİ 7 MİLYARDI ÖTÜB
Bu gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə qarşılıqlı əməkdaşlıq sənədlərinin imzalanması mərasimi olub. Son illər Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərməkdədir. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib.