Azərbaycanda neft və qeyri-neft ixracatının artması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır.

Bunu Millət vəkili, iqtisadçı Vüqar Bayramov Azərbaycanın ixrac məhsullarının artmasının milli valyutanın dayanıqlığına təsirindən danışarkən bildirib.

“Yəni ixracın artması nəticədə Azərbaycanın valyuta gəlirlərinin artması anlamına gəlir. Eyni zamanda, təbii ki, idxalın azalması da ölkədən çıxan valyutanın həcminin azalmasına xidmət edən faktorlardandır.
Azərbaycanın qeyri-neft, eləcə də ümumi ixracatının artması ölkəyə daxil olan valyutanın həcminin artımına təsir göstərir. Bu həm Dövlət Neft Fondunun aktivlərinin artmasına, həm də bütövlükdə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır.  İxracın artması, təbii ki, ölkənin maliyyə sabitliyi baxımından çox vacibdir”, -deyə Vüqar Bayramov qeyd edib.

İqtisadçı millət vəkilinin sözlərinə görə, manatın məzənnəsi həm də xarici valyutaya olan tələbin ödənilməsindən asılıdır.

O, ixrac nəticəsində xaricdən daxil olan valyutanın həcminin artmasını makroiqtisadi sabitliyə təsir edən vacib faktor olduğu qənaətindədir.

“Bu kontekstdə biz xarici valyutaya olan tələbin daha yaxşı ödənilməsini müşahidə edirik. Bu, maliyyə sabitliyini qoruyub saxlaya bilməsi üçün Mərkəzi Banka əlavə rıçaqlar verir.
Ümumiyyətlə, istənilən ölkə üçün xaricdən daxil olan valyutanın həcmi makroiqtisadi sabitlik baxımından əsas faktorlardan hesab olunur”, - V.Bayramov vurğulayıb.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN