Rayonun 54290 Hektar Torpaq Sahəsi Suvarılır

İmişli rayonunda 2022-ci il təsərrüfat ilində 16630 ha sahədə taxıl, 7121 ha pambıq, 25145 ha yem bitkiləri, 550 ha bostan-tərəvəz, 150 ha qarğıdalı, 50 ha çoxillik bitgilər və 4650 ha həyətyanı sahələrdə əkin aparılıb və əkilən bütün bitkilər suvarma suyu ilə təmin olunub.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

 Onun sözlərinə görə, İmişli rayonunda suvarma mövsümü uğurla davam edir və suvarmanın mütəşəkkil aparılması üçün İmişli Suvarma Sistemləri İdarəsi tərəfindən bütün hazırlıq işləri yekunlaşıb.

“Hazırlıq işləri sürətlə davam edir. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarını lildən təmizləmək, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəcilərini su ilə təmin etməkdir. İdarənin balansında olan 25 ədəd nasos stansiyalar vasitəsilə 9515 ha əkin sahəsi suvarma suyu ilə təmin olunur. Bundan əlavə 6 ədəd dizel yanacağı ilə işləyən nasos aqreqatları vardır ki, bu da su tələbatına uyğun ərazilərdə quraşdırılır. Suvarma mövsümünə qədər bütün nasos stansiyalara baxış keçirilərək saz vəziyyətə gətirilib. Hazırda nasos stansiyaların hər biri işlək vəziyətdədir”, - vurğulayıb.

D.Şərifov qeyd edib ki, İmişlidə əkin sahələri uzunluğu 1176 km-dən artıq olan suvarma  kanalları vasitəsi ilə suvarılır.

“Bunlar əsasən Araz cayı və Yuxarı Qarabağ kanalından qidalanan Boztəpə, Qızıl arx, Köhnə Cənubi Muğan, Rəsul arx, Osmanov kanalı, Baş Muğan və Orta Muğan kanallarıdır. Bu günə qədər ümumilikdə 413 min kub metr həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib, 1 kilometr uzunluqda nov kanal cari təmir olunub. Bundan başqa 7 ədəd hidrotexniki qurğunun cari təmiri həyata keçirilib”, - deyib. 



Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN