Rusiyada yoxsulluğun azaldılması tempi hələ də yetərli deyil.
Bu fikirləri Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bildirib. O, xatırladıb ki, 2017-ci ildə Rusiyada bu göstərici 12,9% olub, ötən ilin sonunda isə 11%-ə düşüb.
"Bəli, əlbəttə ki, irəliləyiş var, amma onun tempi və sürəti açıq-aydın yetərli deyil. Ona görə də bu il inflyasiya artsa da, Allaha şükür ki, tədricən azalır. Mən qarşıya yoxsulluğun və bərabərsizliyin səviyyəsinin azaldılması vəzifəsini qoymuşam ki, bu da heç də az əhəmiyyət kəsb etmir”, - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, ötən ay İqtisadi İnkişaf Nazirliyinin ilkin hesablamalarına görə, bu il Rusiyada ümumi daxili məhsulun (ÜDM) azalması təxminən 20,7% inflyasiya ilə 8,8%-dən 12,4%-ə qədər olacaq.
Bu barədə Hesablama Palatasının rəhbəri Aleksey Kudrin bildirmişdi.
Kudrinin sözlərinə görə, Rusiya regionlarının iqtisadiyyatı yaxın gələcəkdə sanksiyalara görə çox differensiallaşacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb.
Beş aydır davam edən müharibənin nəticələri isə göz önündədir...
Y.MƏMMƏDLİ