Ekologiya nazirliyi həm ağac əkinini həyata keçirir, həm də onların qorunması üçün çaba göstərir…

 ETSN-nin məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bu dəfə Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacların qanunsuz kəsildiyini və təbiətə ümumilikdə 10950 manat məbləğində ziyan dəydiyini müəyyən ediblər.

Faktlarla bağlı Lənkəran rayon sakini Nazim Mirzəyev və Binəqədi rayon sakini Eldar Cəbrayılov barəsində akt tərtib olunub və məsələyə hüquqi qiymət verilməsi üçün faktlar üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

 Qeyd edək ki, bir müddət öncə Xidmət əməkdaşları Bakı şəhərinin Xətai, Nərimanov rayonları, Abşeron rayonu, eləcə də Xaçmaz rayonu ərazisində ağacların qanunsuz kəsildiyini və təbiətə ümumilikdə 29930 manat məbləğində ziyan dəydiyini müəyyən ediblər.

Faktlarla bağlı qanun pozucuları “Mənzərə” MTK, Abşeron rayon sakini Ruslan Nizamizadə, Xaçmaz şəhər sakini Telman Şirinbalayev barəsində akt tərtib edilib və qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Xatırladaq ki, cari ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə 730 000-dən çox müxtəlif cinsli ağac əkilib, 6400 kiloqram toxum səpilib.

Eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

 Nazirlik ölkəmizdə yaşllıqların sayını çoxaldır, əlibaltalılar isə pusquda dayanıb…Görünür odur ki, bu cərimələr onlar üçün çox azdır və ona görə də belə rahatlıqla ağac kəsirlər.

Və təəssüf ki, belələrinin kökü kəsilmir - kökünü kəsdikləri ağaclar kimi…

 JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN