Avropa Komissiyası 1 milyard avroluq makromaliyyə kredit paketinin Ukraynaya transferini başa çatdırıb.

TEZADLAR.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avrokomissiyanın yaydığı məlumatda deyilir.

Komissiya Ukraynaya iyulda razılaşdırılmış 1 milyard avroluq makromaliyyə yardım proqramından 500 milyon avroluq ikinci tranşı köçürüb.

Birinci tranş avqustun 1-də həyata keçirilib.

İyulun 12-də Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramı çərçivəsində bu ölkəyə 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib.

Hələ may ayında Avropa Komissiyası Ukraynaya 9 milyard avroya qədər yeni makromaliyyə yardımı göndərməyi təklif edib.

report

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN