booked.netbooked.net booked.net  

Son günlər dünya birjalarında neftin qiyməti azalmağa döğru gedir.

Bu günkü ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında 2022-ci ilin oktyabrında “Brent” markalı neftin fyuçers müqaviləsinin qiyməti 14 iyul 2022-ci ildən bəri ilk dəfə bir barrel üçün 96 dollardan aşağı düşüb.

Bir neçə saat əvvəl “Brent” markalı neftin bir barelinin qiyməti 95,53 dollar (-1,29%), 2022-ci ilin sentyabrında tədarük edilən WTI markalı neft isə 1,08% ucuzlaşaraq 89,68 dollar təşkil edir.

 Xatırladaq ki, iki gün öncə “Brent” markalı yanacağın bir barreli 3,94 dollar azalaraq 98,96 dollara düşmüşdü, Amerika xam neftinin qiyməti isə 93,01 dollar idi.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən günkü - 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Belə ki, sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN