Qazaxıstan Səudiyyə Ərəbistanına ət ixrac etməyə başlayır.
Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yerli sahibkarlar heyvandarlıq məhsulları üçün yeni bazarlar yaratmağa davam edirlər.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi ilə Səudiyyə Ərəbistanının Ərzaq və Dərman Administrasiyası arasında fəal ikitərəfli əməkdaşlıq nəticəsində beş Qazaxıstan ət emalı şirkəti Səudiyyə Ərəbistanına quzu və mal əti ixrac etmək hüququna malik müəssisələrin reyestrinə daxil edilib: “Altyn Kazyk” MMC ( Akmola vilayəti), MMC " Aktobe Meat Cluster (Aktobe vilayəti), Empire Food LLP (Almatı vilayəti), Meat Processing and Service LLP LLP (Almatı vilayəti), Kublei LLP (Qərbi Qazaxıstan vilayəti).
Qeyd edək ki, Azərbaycan da xaricdən ət idxal edir.
Cari ilin yanvar-iyun aylarında 20,1 min ton ət idxal edilib.
Dövlət Gömrük Komitəsinə məlumatına görə, idxal edilən ətin dəyəri 33,9 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 31,8 milyon dollar olmaqla 18,3 min ton ət idxal edilib, yəni bu il ət idxalı ötən ildəkindən bir qədər çoxdur.
Xaricdən gətirilən ət məhsulları əsasən kolbasa, sosis və konservləşdirilmiş qidalarda istifadə olunur.
Azərbaycana mal əti daha çox Belarus, Braziliya və Hindistandan, diri ev quşları isə Türkiyə, Rusiya və Gürcüstandan gətirilir.
Y.MƏMMƏDLİ