Bu gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti

0,23 dollar azalaraq 96,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 90,58 dollar olub.

Xatırladaq ki, avqustun 8-də Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,76 dollar artaraq 95,68 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 89,63 dollar olub.

Qeyd edək ki, son günlər dünya birjalarında neftin qiyməti azalmağa döğru gedir.

Avqustun 4-də, Londonun ICE birjasında 2022-ci ilin oktyabrında “Brent” markalı neftin fyuçers müqaviləsinin qiyməti 14 iyul 2022-ci ildən bəri ilk dəfə bir barrel üçün 96 dollardan aşağı düşüb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN