“Şimal axını 2” qaz kəməri tamamilə sökülməlidir.
Rusiya Ukraynaya qarşı vuruşanda işğalçı ölkə ilə biznes olmamalıdır. “Şimal axını 2” qaz kəməri tamamilə sökülməlidir.
Bu barədə “RBC-Ukrayna” Polşa prezidenti Anjey Dudanın Krım platformasının sammiti zamanı verdiyi bəyanata istinadən xəbər yayıb.
“Xatırlatmaq istərdim ki, “Şimal axını 2” Krımın ələ keçirilməsindən sonra fəaliyyətə başlayıb - Rusiya ilə həmişəki biznesə dönüş yoxdur. Ukraynaya qarşı müharibə apararkən, ərazilərini işğal edəndə belə əlaqələrə dönüş yoxdur. Qərbdəki siyasət dəyişikliyi təkcə “Şimal axını 2”nin dayanması deyil, həm də onun tam ləğvi, sökülməsidir”, - deyə Duda bildirib.
Qeyd edək ki, “Şimal axını 2” layihəsi Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya ümumi gücü ildə 55 milyard kubmetr qaz olan iki qaz kəmərinin tikintisini və istismarını nəzərdə tutur. Qaz kəməri Ukraynadan yan keçir. 2021-ci il sentyabrın 10-da Rusiya “Şimal axını 2” qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. Kəmər sertifikatlaşdırmadan sonra işə salınmalı idi.
22 fevral 2022-ci ildə Almaniya kansleri Olaf Şolz Almaniyanın “Şimal axını 2” qaz kəməri üçün sertifikatlaşdırma prosesini dayandırdığını elan etdi. Onun sözlərinə görə, bu, Rusiyanın “LPR” və “DXR”in müstəqilliyini tanımaq qərarına cavab idi.
Xatırladaq ki, ötən gün Avropada hərraclarda maye qazın qiyməti min kubmetr üçün 3000 dollar həddini aşıb.
Ekspertlərin sözlərinə görə, almanların çox az təbii qaz ehtiyatı qalıb. Və buna görə də qışda çətinliklə üzləşə bilərlər.
Polşa prezidenti Anjey Dudanın çağırışına isə hələ ki, cavab verən yoxdur...
JASMİN