DƏMX-nə daxil olan müraciətlər ən çox işçinin

əmək məzuniyyəti hüququnun pozulması, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, işçilərin əmək müqavilələrinə əsassız xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməməsi, istehsalatda baş vermis bədbəxt hadisə ilə bağlı hüquqlarının bərpa olunmasına kömək göstərilməsi və s. ilə bağlıdır.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə bildirib.

O, müraciətlərin bir çoxunun da  “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İcbari sığorta haqqında" qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması, Əmək və Məşğulluq Alt Sistemində (ƏMAS) əmək müqaviləsi bildirişinə məlumatlar daxil edilərkən yol verilən texniki səhvlərlə bağlı olduğunu vurğulayıb.

Orxan Hüseynzadə qeyd edib ki, texniki səhv aşkar olunduqda işəgötürən müvafiq təsdiqedici sənədləri təqdim etməklə DƏMX-yə müraciət ünvanlayır və məlumatın texniki səhv nəticəsində daxil edildiyi müəyyənləşdirildikdən sonra səhv daxil edilmiş bildirişi ləğv edirik.

Rəis müavininin sözlərinə görə, işəgötürən müvafiq təsdiqedici sənədləri təqdim etməklə ƏMAS üzərindən də müraciət formalaşdırıb göndərə bilər:

“İndiyədək işəgötürənlər tərəfindən həmin funksionallıqdan istifadə edilməklə 802 müraciət daxil olub”, - o, deyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN