Əmlakın kirayəyə verilməsindən əldə olunan gəlirlərdən 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. 

Dövlət Vergi Xidməti əmlakın kirayəyə verilməsi zamanı hansı vergi öhdəliyi yaratdığını açıqlayıb.

Belə ki, əmlakı kirayəyə götürüb icarə haqqı ödəyən şəxsin VÖEN-i olmadığı halda kirayə verən şəxs vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bundan əlavə, əmlakı kirayə götürən şəxsin VÖEN-i olduğu halda həmin şəxs kirayə verənə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutur və dövlət büdcəsinə köçürür.
Ödənilməli olan vergi məbləğini onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə ödəmək olar.

***

Qeyd edək ki, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına "Gəlir vergisi bəyannaməsi" (Vergi Məcəlləsinin 99.3-cü maddəsi) təqdim etməlidir.

İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN