Bu ilin 1 oktyabr tarixindən “Gənclik” metrostansiyasının əhatəsində arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb...
Bu gündən isə satış-yarmarkanın ən qızğın dövrü balsevərlərin ixtiyarındadır.
"Təzadlar"ın əməkdaşları bu gün yarmarkada olublar. Səhər saatları olsa da, yarmarkada bal satışına ciddi hazırlıq görülürdü. Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkanın səmərəli fəaliyyəti üçün əllərindən gələni edirdilər. Bizə verilən məlumatdan bəlli oldu ki, yarmarkanın fəaliyyətinə aid bütün hazırlıq işləri yekunlaşıb və qeydiyyatı təsdiqlənmiş arıçıların bal və aidiyyəti arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat” ASC-nin "Meyvəli bazar"da yerləşən anbarından yarmarkaya gətirilməsinə başlanılıb. Bunu sərgi-yarmarkanın əsas bazasında da olanda gördük.
***
Xatırladaq ki, bu ilki yarmarkaya 120 ton bal və arıçılıq məhsulları çıxarılıb. Və balsevərlər oktyabrın 1-dən 20-dək hər gün saat 09:00-dan 19:00-dək yarmarkadan keyfiyyətli bal və arıçılıq məhsullarını ala bilərlər.
Sevindirici haldır ki, bu ilki yarmarkada Qarabağın erməni işğalından azad edilmiş bölgəsindən məhsullar vardır.
A.Məmmədli