Son zamanlar dünyada, xüsusilə Ukraynada baş verən proseslərlə əlaqədar Şərqlə Qərb arasında ticarətin
Şimal Dəhlizindən Orta Dəhlizə keçməsi sərhəd məntəqələrində sıxlığı xeyli artırdı və bunun da nəticəsində gözləmə müddətinin çoxalması əlavə xərclərin yaranmasına gətirib çıxardı.
Bu fikirləri Dünya Avtomobil Nəqliyyatı Təşkilatının (IRU) Baş direktoru Umberto de Pretto bildirib.
Onun sözlərinə görə, ticarət marşrutu dəyişdirildikdən sonra isə Orta Dəhlizdə gecikmələr yaranır ki, bu da Azərbaycanın tranzit dövlət mövqeyinə mənfi təsir edir.
“Zənnimcə, Ro-Ro gəmilərinin və reyslərin sayı artırılarsa, Xəzər dənizinin keçidlərində gözləmələr aradan qaldırılacaq və bunun nəticəsində Azərbaycanın tranzit ölkə mövqeyi daha da güclənəcək”,- deyə IRO-nun Baş direktoru bildirib.
Y.MƏMMƏDLİ