Dünyanın ən böyük iki taxıl ixracatçısı arasınada (ən böyük ixracatçı Rusiya olmaqla – 2020-ci ildə 37 267 014 ton, Ukrayna - 18 055 673 ton) başlanan müharibə səbəbindən  “taxıl müharibəsi” də başlayıb.

Azərbaycan da taxıl idxal edən ölkələr sırasındadır. Ölkəmizə əsasən Rusiya, Qazaxıstan və Ukraynadan taxıl idxal olunur. Ən çoxu isə əlbəttə, Rusiyadan.

Ölkəmizin taxıl asılılığından yaxa qurtarması üçun taxılçılığın inkişafı ilə bağlı bir sıra tədbirlər görülür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yaz əkininin əvvəlindən 4 114,8 hektar sahədə buğda əkilib ki, bu da ötən ilə nisbətdə 3,2 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycanın buğda təlabatı təqribən 3,1 - 3,5 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın həcmi isə təxminən 1,9 milyon tondur.

Ötən il Azərbaycana buğda idxalı 1,148 milyon ton olub. İdxal olunan buğdanın 1,088 milyon tonu Rusiyadan gəlib.

"Rosselxoznadzor"un yaydığı məlumata görə, cari ildə regiondan taxıl idxal edən ölkələr arasında Azərbaycan ikinci yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin əvvəlindən Ulyanovskdan 43114 ton taxıl ixrac edilib ki, bunun da 15227 tonu Azərbayna tədarük edilib.

Qeyd edək ki, yaxın illərdə Azərbaycanın ərzaqlıq buğda ilə özünü təmin etməsinə çalışılır. İşğaldan azad edilmiş torpaqlarımızda da bu istiqamətdə işlər aparılır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN