“Yeni bölgələrdə mənzil tikintisi və istilik elektrik stansiyalarının təmiri üçün vəsait yoxdur".

Qazaxıstan KİV-nin xəbərinə  görə,  senator Aynur Arqınbekova ölkənin baş nazirinə ünvanladığı parlament sorğusunda regionun problemlərindən danışıb.

Qeyd edilib ki, əsas problem odur ki, yeni yaradılmış vilayətin sosial əhəmiyyətli obyektlərin təmiri üçün öz vəsaiti yoxdur.

Senatorun sözlərinə görə, İES-in qeyri-qənaətbəxş vəziyyəti istilik mövsümündə Semey şəhərinin sakinlərinin sağlamlığı və həyatı üçün təhlükə yaradır.

 “Bu il oktyabrın 1-nə  Dövlət Kommunal Müəssisəsi (DKM) “İstilikkommenerji”-nin kreditor borcları 2,9 milyard tenge təşkil edib ki, bunun da 318 milyon tenge əmək haqqı borclarıdır.

Daxil olan bütün vəsaitlər bu müəssisənin işçilərinə əmək haqqının ödənilməsinə yönəldilir. İstilik mövsümünün pozulması riski hələ də yüksək olaraq qalır ki, bu da rayonun sərt iqlimində əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan vəziyyətlərə gətirib çıxara bilər. Bu baxımdan, hökumətin ehtiyatından 1,4 milyard tenge məbləğində vəsaitin ayrılması ilə dəstək lazımdır. Hesablamalar təsdiqlənib, maliyyə əsaslandırması var”, - deyə Aynur Arqınbəyova bildirib.

Bundan əlavə, senator Nazirlər Kabinetinin rəhbərinə prezidentin rayonda əlillər üçün reabilitasiya mərkəzinin tikintisinin başa çatdırılması ilə bağlı verdiyi göstərişi də xatırladıb. Onun tikintisinə artıq 5,4 milyard tenge ayrılmışdı, lakin o vaxtdan bəri tikinti materialları və avadanlıqların bahalaşması səbəbindən layihəyə düzəlişlər edilməli olub.

O, həmçinin  büdcə qanunvericiliyinə uyğun olaraq, layihənin dəyərinin artması ilə bağlı xərclərin yerli büdcə hesabına həyata keçirilməli olduğunu, lakin Abay vilayətinin şəxsi vəsaitinin olmadığını nəzərə alaraq, hökumətin ehtiyatından 1,9 milyard tenge məbləğində vəsaitin ayrılması məsələsinə də baxmalarını xahiş edib.

Senator  tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binaları ilə bağlı problemlərdən də danışıb. Vurğulayıb ki, bölgədə  6 belə bina var ki, bu da 400 ailə üçün mənzil deməkdir.

“Onların tikintisi də indi qiymət artımına görə dayandırılıb - qiyməti 1,4 milyard tengedən çoxdur”, -deyə o, bildirib.

Senatorun müraciəti ilə əlaqədar, çatışmayan pullar həyat təminatı obyektlərinin tikintisi və təmirinin başa çatdırılması üçün nəzərdə tutulan hökumət ehtiyatından ayrılası olacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN