Qonşu ölkənin turizm sektoru iri addımlarla inkişaf edir.

Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında xarici ölkə vətəndaşlarının Gürcüstana səfərlərinin sayı 2021-ci illə müqayisədə 3 dəfə çox olub. Gürcüstanda turizm demək olar ki, pandemiyadan əvvəlki yüksək səviyyəyə qayıdıb.

Gürcüstan Milli Bankının məlumatına görə, cari ilin əvvəlindən ölkənin turizm gəlirləri 2,5 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 190,7% çoxdur.

2022-ci ilin yanvar-sentyabr ayları üçün gəlirlərin həcmi Gürcüstanın beynəlxalq səyahətçilərin səfərlərinin sayına görə rekord vurduğu 2019-cu ilin “pandemiyadan əvvəlki” dövrünün 97,5%-ni təşkil edib.

 Gürcüstanın gəlirinin əsas hissəsi Rusiyadan gələn ziyarətçilər sayəsində daxil olur - 563,4 milyon dollar.

Cari ilin sentyabrında ruslar bu ölkədə 95,5 milyon dollar, Aİ-dən gələnlər 44,7 milyon dollar, Türkiyə vətəndaşları isə 35,8 milyon dollar xərcləyiblər.

Xatırladaq ki, Gürcüstanda cari ilin 8 ayı ərzində turizmdən əldə olunan gəlir 1,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

Azərbaycan vətəndaşlarının da bu ölkənin turizmdən əldə etdiyi gəlirlərə qatqısı az olmayıb.

Gürcüstanın Milli Bankının hesabat məlumatına görə, təkcə yanvar-aprel aylarında Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.

***

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN