Ölkəmiz Rusiyadan idxal etdiyi xam günəbaxan yağının həcmini 2022-ci ilin yanvar-aprel aylarında illik müqayisədə 30% azaldıb.
Rusiya mətbuatının məlumatına görə, RF günəbaxan yağının ixracı üçün tutulan rüsum dekabrın 1-dən sentyabr və oktyabr aylarında olduğu kimi sıfır dərəcədə qalacaq, günəbaxan cecəsinə görə tutulan ixrac rüsumu isə bir ton üçün 79,8 rubla (1,3 dollar) qədər azaldılacaq
Dövlət Statistika Komitəsinin məlumatına görə, Rusiyadan Azərbaycana cari ilin ilk dörd ayı ərzində 14.98 min ton həcmində günəbaxan yağı idxal edib ki, bunun da miqdarı $26.06 milyondur.
Cari ildə Rusiyadan idxal edilmiş günəbaxan yağının hər tonu Azərbaycana 1 472.8 dollara başa gəlib. Bu isə 2021-ci ildəkindən 19% bahadır, bununla yanaşı ölkəmizə Rusiyadan digər sinfə aid olan günəbaxan yağı da idxal edilib. Həmin yağaisə 2.4 milyon dollar ödənilib.
Artıq Rusiyada günəbaxan yağının rüsum dərəcəsi dekabr ayında bir ton üçün 1.178,1 ABŞ dolları məbləğində indikativ qiymətə əsasən hesablanıb. Noyabrda ixrac rüsumu bir tonun qiyməti 1.319,1 dollar nəzərə alınmaqla sıfır dərəcə ilə müəyyənləşdirilib, həmçinin dekabrda günəbaxan cecəsinin ixrac rüsumu bir ton üçün 231,1 dollar indikativ qiymət əsasında hesablanıb. Hansı ki, noyabrda bu rəqəm 20 dollardan baha - 252 dollar olmuşdu.
Y.MƏMMƏDLİ