Milli Məclis  Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Qanun layihəsinin yeni redaksiyasına əsasən,Dövlət büdcəsinin kəsiri 2 milyard 579,9 milyon manat, neftin bir barelinin orta illik qiyməti isə 50 dollar müəyyən edilib. Növbəti ildə inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılır.

Xatirladaq ki, 2022-ci il Azərbaycan dövlət büdcəsində də neftin qiyməti 50 dollar səviyyəsində müəyyən edilmişdi. Lakin 2021-ci ilin dövlət büdcəsində neftin qiyməti hər barreli üçün 45 dollar səviyyəsində müəyyən edilmişdi.

Həmçinin  Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin birinci yarımilliyində neftin orta qiyməti dövlət büdcəsində proqnozlaşdırılan qiymətdən yüksək olub, tədiyə balansında müsbət meyillər qorunub.

Qlobal tələbin sürətli bərpası şəraitində “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin birinci yarısına nisbətən 68,1 faiz çox olmaqla 110,3 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN