“İşçilərin əmək hüquqlarının pozulmasının səbəbi yalnız işəgötürənlər və ya buna nəzarət etməli olan orqanlar deyil, həm də işçilərdir”.

Bu fikri hüquqşünas Azər Quliyev TEZADLAR.AZ-a işçilərin işəgötürənlər tərəfindən hüquqlarının pozulması ilə bağlı sualını  cavablandırarkən deyib.

O, qeyd edib ki, hər bir işçi minimum da olsa öz əmək hüquqlarını bilməli, öyrənməyə çalışmalı, eyni zamanda öz əmək hüquqlarını qorumağa səy göstərməlidir.

“Əmək hüquqlarını heç nədən çəkinmədən müdafiə edən işçilərimizə olan hörmətimə rəğmən, qeyd etməliyəm ki, əmək hüquqlarını bilmək istəməyən, özünün və iş yoldaşlarının əmək hüquqlarına hörmətsiz yanaşan, öz əmək hüquqlarından, güzəşt və təminatlarından könüllü imtina edən, öz ziyanlarına əmək müqavilələrinə və ya əlavələrə imza edən, özünün və iş yoldaşlarının əmək hüquqları əlehinə çalışan, "onsuz da heç bir xeyri yoxdur" deyərək, öz hüquqlarından imtina edən və başqalarını da həvəsdən salan işçilərimiz də çoxdur”,- deyə hüquqşünas vurğulayıb.

  

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN