Nazirliklərin, dövlət qurumlarının balansında olan boş qalmış binalar istifadə olunmursa gəlir gətirməlidir.

Özbəkistanda bununla bağlı qərar verilib.

Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi dövlət orqanlarının boş daşınmaz əmlakını onların razılığı olmadan sata və ya icarəyə verə biləcək. Hərraca çıxarmaq üçün obyektin üç ay ərzində boş qalması kifayət edəcək.

Özbəkistanın Ədliyyə Nazirliyin KİV-ə  verdiyi məlumata görə, Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi (DAİEA) nazirliklərə, idarələrə və özünüidarəetmə orqanlarına məxsus obyektlərin satışa çıxarılması qaydasını təsdiq edib. Söhbət yarımçıq tikinti meydançalarından, boş tikililərdən, istifadəsiz istehsalat sahələrindən, o cümlədən ərazisinin 50%-dən çoxu istifadə olunmayan obyektlərdən gedir (mövsümi işlərin görüldüyü obyektlər istisna olmaqla).

Spot-un aydınlaşdırdığı kimi, DAİEA bölmələri mütəmadi olaraq boş obyektlərin inventarını aparacaq. Xəbərdarlıqlar onların balansında olduğu dövlət orqanlarına göndəriləcək.

Balansında olduğu sahibi isə üç ay ərzində obyektdən istifadə yeri tapmalı və bu barədə DAİEA -ya məlumat verməlidir. Əks halda, bina, yaxud sahə onlayn hərracla icarəyə veriləcək, yaxud da satışa çıxarılacaq.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN