Gömrük buraxılış məntəqələrində prosesləri ləngidən ciddi bir məsələ hələ də öz həllini tapmayıb.

Bu fikri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.  

O, qeyd edib ki, hazırda gömrük məsələləri gündəmdə olduğundan, yenidən bir məqamı diqqətə çatdırmaq istəyir.

“Uzun illərdi ki, bizim gömrük postlarında bir deyil, iki pəncərə mövcuddur. Yəni məntəqədə gömrük rəsmiləşdirmələri, Prezident fərmanında qeyd olunduğu kimi  "bir pəncərə" prinsipi ilə deyil , "iki pəncərə" prinsipi ilə aparılır”, -deyə  diqqətə çatdırıb.

Onun sözlərinə görə, ikinci pəncərə Dövlət Sərhəd Xidmətinə aiddir və gömrüyün vahid pəncərəsində aparılan bütün əməliyyatlar (avtomobil məlumatları, vətəndaşa aid məlumatlar və s.), təkrarən Sərhəd xidmətçiləri tərəfindən onların "pəncərəsində" də aparılır:

“Hansı ki, beynəlxalq normalara görə də bu belə olmalı deyil. Əvvəllər DSX-da bildiyim qədər rəqəmsal mühit, transformasiya işləri də çox zəif inkişaf etmiş vəziyyətdə olub. Dataların inteqrasiyası olmadığından proses olduqca ləng həyata keçirilirdi “- ekspert deyib.

Osman Gündüz  xatırladıb ki, əvvəllər DGK və DSX rəhbərləri, generallar tez-tez gömrük postlarında görüşüb müzakirələr aparırdılar, lakin əvvəlki rəhbərliyin bu problemi həll etməyə, sadəcə gücü çatmayıb.

O, vurğulayıb ki, iki qurum tərəfindən sənədləşmə aparılması sərhəddə keçidi ləngidir və insanların narazılığına səbəb olur.

“Əlbəttə, düşünmək olar ki, bu məsələ iki qurumun generallarının bir yerə toplaşması ilə də həll olunan məsələ deyil.

Amma görünən də odur ki, DSX və DGK tərəfindən aparılan eynigüclü paralel əməliyyatlar sənədləşmə və sərhəddən keçid müddətini ikiqat artırır. Bu isə əlavə problemlər və narazılıqlar yaradır”, - deyə bildirib.

Osman Gündüz  DGK rəhbərliyinin bu problemi həll edəcəyinə ümid etdiyini bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN