Təklifin ilkin olaraq məqbul hesab edilməsi üçün onun aktuallığı, dəyişiklik ediləcəyi təqdirdə, əldə oluna biləcək müsbət nəticənin miqyası sahibkarlıq subyektləri ilə müzakirə edilir. Görüşlərdə müzakirə olunan məsələlərlə bağlı alternativ həll mexanizmləri beynəlxalq təcrübələr də nəzərə alınmaqla araşdırılır.


Bunu DVX-nin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov sahibkarlarla keçirilən görüşlərdə onların təklif etdilkləri bəzi məsələlərin qanunvericilikdə nəzərə alınmasından danışarkən bildirib.

İdarə rəisi diqqətə çatdırıb ki, növbəti addıma kimi isə təklifin səbəb olacağı mümkün risklər, sui-istifadə halları, vergi inzibatçılığında yarada biləcəyi çətinliklər araşdırılır və büdcə itkiləri təhlil edilir və qeyd olunan mərhələlərdə məqbul hesab edilən təklif növbəti ilin büdcə layihəsində nəzərə alınır.

Onun sözlərinə görə, ötən müddət ərzində görüşlərdə səsləndirilmiş və məqbul hesab edilən 12 təklif vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər zamanı nəzərə alınıb, 19 təklif “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın DVX-yə aid fəaliyyət istiqamətləri üzrə Tədbirlər Planı”na əlavə edilib.

“Bir sıra təkliflər isə beynəlxalq təcrübənin araşdırılması, daxilolmalara, habelə sahibkarlığın inkişafına təsiri baxımından qiymətləndirilməsi üçün baş idarənin aidiyyəti strukturlarına təqdim edilib. Dövlət Vergi Xidmətinin (DVX) səlahiyyətlərinə aid olmayan təkliflər və çətinliklər isə İqtisadiyyat Nazirliyinə göndərilməklə həmin məsələlərin koordinasiyalı həllinə yardım edilib”, -deyə o, bildirib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN