Azərbaycanda ötən il kartof istehsalı artıb.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 1,031,100 ton kartof istehsal olunub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. 2021-ci ildə nisbətən az – 1,007,3 min ton kartof istehsal olunub.
Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycan kartof ixracını 15,2%, idxalını isə 13% azaldıb.
Ötən il Azərbaycan $35 milyon 121,66 min dəyərində (azalma 13,9%) 78,301 min ton kartof (azalma 15,2%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə $33 milyon 446,65 min dəyərində (azalma 13%) 73,677 min ton kartof (azalma 13,7%) ixrac edilib. Hesabat ilində Azərbaycandan kartof ixracının 94%-i RF-nin payına düşüb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, RF-nin Novqorod vilayətindən Azərbaycana 61,2 ton kartof ixrac edilib. Hansı ki, son bir neçə ildə bu ilk dəfə baş verib.
Xatırladaq ki, bazarlarda kartofun qiyməti 2 manat civarındadır. Əlbəttə, məhsulun yerli (bölgənin də əhəmiyyəti var), yaxud xarici istehsal olunmasından asılı olaraq qiymətlər dəyişir…
Qeyd edək ki, ökəmizə kartof əsasən Belarus, Türkiyə , Rusiya və İrandan gətirilir.
Y.MƏMMƏDLİ