Şirkətdən verilən məlumata görə, hasilat və ehtiyatlar baxımından dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” 2022-ci ildə bir il əvvəlki 110 milyard dollara qarşı 161,1 milyard dollar xalis mənfəət əldə edib. Beləliklə, göstərici 46,5% artıb.

Şirkətin rekord maliyyə nəticələrinə güclü neft qiymətləri və satış həcmi, eləcə də yaxşılaşdırılmış emal marjası səbəb olub. “Saudi Aramco”nun dördüncü rüb üzrə dividend ödənişləri 19,5 milyard dollar təşkil edir

2022-ci ildə şirkətin sərbəst pul axını 2021-ci illə müqayisədə 38% artaraq 148,5 milyard dollar təşkil edib. Şirkətin əsaslı xərclərinin həcmi 18% artaraq 37,6 milyard dollara çata bilər.2023-cü ildə bu rəqəm 45-55 milyard dollara qədər arta bilər.

"Neft və qazın yaxın gələcəkdə vacib olaraq qalacağını gözlədiyimizə görə, neft və qaz sənayesinə kifayət qədər sərmayə qoyulmaması riskləri, xüsusən də yüksək enerji qiymətləri ilə realdır. Keçən il əsaslı xərcləri 18% artıraraq 37,6 milyard dollara çatdırırıq", - “Saudi Aramco”nun baş direktoru Əmin Nasir dedi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN