Uzun müddətdir bağlı qalan quru sərhədlərimizin bəxti açılır...

Belə ki, bu i8lin mayın 1-də Azərbaycan Gürcüstan da daxil olmaqla quru sərhədlərini qonşu ölkələrlə aça bilər. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə  Gürcüstanın "Business Press News" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanın Nazirlər Kabineti operativ qərargahla birlikdə yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi qərar qəbul edəcək.

Hansı ki, pandemiya başlayandan sonra Azərbaycanın quru sərhədləri bağlanıb. Məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir bağlıdır. Hazırda ölkədə epidemioloji vəziyyət sabitləşib və pandemiya bitmiş hesab olunur. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı da dünyada pandemiyanın sona çatdığını rəsmən açıqlayıb. Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər mayın 1-dək qüvvədə saxlanılıb.

Təbii ki, Azərbaycana turizm subyektlərinin axını davam edirsə, ölkəmizdən də qonşu ölkələrə gedənlərimizin sayı artmalıdır... Lakin təyyarə ilə uçuşlar bahadır və bu əlverişsiz sayılan turizm iqtisadiyyatıdır.

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN