Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus "Slovnaft" neft emalı zavodu aprel ayında Azərbaycan neftinin emalına başlayacaq.

TEZADLAR.AZ bu barədə macar mediasına istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhərinin yaxınlığında Səngəçal neft terminalında Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xorvatiyaya 90 000 ton neft nəql olunub və hazırda "Adria" boru kəməri ilə "Slovnaft" neft emalı zavoduna nəql olunur.

MOL Group-un prioriteti neft satınalmalarında çevikliyin artırılmasından ibarətdir. Bununla belə MOL tam inteqrə olunmuş dəyər formalaşması zənciri yaradıb ki, bu da onun səhmdarı olduğu yataqdan hasil edilən neftdən öz neft emalı zavodunda emal edilmiş neft məhsulları sata biləcəyindən xəbər verir.

Qeyd edək ki, MOL "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9,57%-nə sahibdir.

 bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN