“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.
Reytinq Azərbaycanın çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir.
Bildirilir ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildə 5,9 milyard ABŞ dolları artaraq, 58 milyard dollara çatıb. “Fitch Ratings” Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 10,9 faiz bənd artaraq, ÜDM-in 68,7 faizinə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.