İşçiləri maraqlandıran və narahat edən daha bir suala cavab verməyə çalışacam.

Ağır və zərərli vəzifə və peşələrdə işləmələrinə və buna görə də əlavə ödəniş almalarına baxmayaraq, nədən həmin işçilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ olmur?

Bunu “TEZADLAR.AZ”a açıqlamasında hüquqşünas Azər Quliyev bildirib.

 Q, qeyd edib ki, həqiqətən də praktikada belə hallara rast gəlinir və bunun da əsas səbəbi ondan ibarətdir ki:

Nazirlər Kabinetinin 137 saylı qərarı ilə əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilərə, əmək şəraitinin ağır və zərərliliyinin dərəcəsinə görə 4-24 faizinə qədər əlavə ödənişlır verilir.

“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün isə işçinin işlədiyi peşə və vəzifəsinin adı Nazirlər Kabinetinin 320 və 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilıtin siyahılarında olmalıdır.

Bir çox hallarda isə ağır və zərərli işlər hesab olunan və bu əsasla işçiyə əlavə ödənişlər verilməsinə baxmayaraq, həmin vəzifə və peşələrin adları Nazirlər Kabinetinin 320 və 12 saylı qərarlarında göstərilmir. Bu əsasla da həmin işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmasında problemlər yaranır. Halbuki, işçinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmasının əsas mahiyyəti məhz onun: ağır, zərərli və insan sağlamlığına mənfi təsir edən vəzifə və peşələrdə çalışması və əsasdan da bu hüququ əldə etməsidir.

Hesab edirəm ki, Nazirlər Kabinetinin yuxarıda göstərilən bu qərarlarında olan uyğunsuzluqlar aradan qaldırılmalı və işçilərin bu sahədə olan hüquqları bərpa olunmalıdır”, -deyə bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN