Azərbaycan Akkreditasiya Mərkəzi ILAC-a tamhüquqlu üzv olmaq üçün planlı fəaliyyətini davam etdirir, bu məqsədlə Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən təlimlər keçirilir.
Bunu Türkiyə Akkreditasiya Agentliyinin qurucusu və ilk baş katibi, hazırda isə Agentliyin keyfiyyət üzrə eksperti kimi fəaliyyət göstərən Atakan Baştürk bildirib.
O, KİV-ə açıqlamasında qeyd edib ki, Türkiyə Akkreditasiya Təşkilatının Azərbaycanla əməkdaşlığı 2003-2004-cü illərdən başlayıb.
Onu sözlərinə görə, yaxın dövr ərzində Azərbaycandakı akkreditasiya sistemi daha da inkişaf etdirilməli, ILAC-a tamhüquqlu üzv olmaq üçün Mərkəz lazım olan şərtləri təmin etməli, Avropa Akkreditasiya Təşkilatı tərəfindən müəyyən olunmuş beynəlxalq auditdən keçməlidir.
Ekspert hesab edir ki, həmçinin müvafiq laboratoriyaların akkreditasiyası sahəsində beynəlxalq səviyyədə tanınmaq da prioritetdir.
O, vurğulayıb ki, beynəlxalq meyarlara və ISO standartlarına uyğun olaraq, akkreditasiya auditini həyata keçirmək üçün kadr potensialı gücləndirilməlidir.
JASMİN