Dünyanın ən zəngin qadını isə Fransuaza Bettencourt-Myersdi – 80,5 milyard dollarlıq sərvətlə.
Forbes-in ən zəngin milyarderlərinin illik reytinqinə LVMH qrupunun (Christian Dior, Louis Vuitton, Moet & Chandon brendləri) sahibi Bernar Arno başçılıq edir. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard dollara qarşı) qiymətləndirilir. Hesablamalara əsasən, Arnonun sərvətində bir ildə 53 milyard dollar artım baş verib.
2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder oldu.
İkinci yerdə ötən ilki reytinqin lideri - 180 milyard dollar sərvətlə “Tesla” şirkətinin rəhbəri və SpaceX-in yaradıcısı İlon Mask qərarlaşıb. İl ərzində səhmlərin azalması və faizlərin artması səbəbindən Mask təxminən 40 milyard dollar itirib.
Siyahıda üçüncü yerdə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. Onun sərvəti 2021-ci ildəki 171 milyard dollardan 2022-ci ildə 114 milyard dollara düşüb.
Bu hesabla Bezos il ərzində 57 milyard dollar itirib.
İlk 5-liyə, ötən il olduğu kimi, Oracle-nin qurucusu Larri Ellison (107 milyard dollar) və Berkshire Hathaway-in baş direktoru Uorren Baffet (106 milyard dollar) daxildir.
“Microsoft”un yaradıcısı Bill Qeyts 104 milyardlıq sərvətlə (ötən il 129 milyard idi) siyahıdakı dördüncü yerindən geriləyərək altıncı yerə düşüb.
L'Oreal şirkətinin sahibi Fransuaza Betankur-Mayers Forbes jurnalına görə, dünyanın ən zəngin qadını olub. Onun ailə sərvəti 80,5 milyard dollar qiymətləndirilir.
Forbes milyarderlərin ümumi sərvətinin 12,2 trilyon dollar olduğunu hesablayıb. Nəşr qeyd edir ki, 2021-ciin analoji reytinqi açıqlanan ötən ilin mart ayı ilə müqayisədə bu göstərici 500 milyard azalıb.
Onu da qeyd edək ki, Bloomberg Billionaires Index-in dünyanın ən zəngin milyarderlərinin reytinqi siyahısı Forbes-in siyahısından bir qədər fərqlidir. Ona əsasən, Bill Qeyts daha öndə - dördüncü yerdə, altıncı yerdə isə Larri Ellison qərarlaşıb.
Əlbəttə, önəmli olan, bir neçə pillə fərqlə də olsa dünyanın ən zəngin insanlarının reytinq siyahısında olmaqdır. Yəqin ki, bu, onların daha yaxşı çalışmalarına stimul verir...
JASMİN