Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Cəmilov Xaləddin 1-ci qrup əlildir.
Ona ev tikintisi üçün 12 sot torpaq ayrılıb. 2014-cü ildən ev növbəsindədir.
Bu barədə millət vəkili Razi Nurullayev məlumat yayıb.
“And içib məni inandırdı ki, evi yoxdur deyə maşında yatır. Ailəsi və uşaqları isə qayınanası və qardsaşının evində məskunlaşıb. Özü isə onlara əlavə yük olmaq istəmir. Nə deyim, çox təəccüblü oldu. Onsuz da dövlət tərəfindən şəhid ailələrinə və belə qazilərə ev verilir. Bunu niyə bir az daha qabağa salmaq olmaz ki...”, - deyə Qarabağ müharibəsi iştirakçısının hazırkı durumuna təəcübləndiyini də bildirib.
Söz verdim ki, məsələ təsdiqini tapsa, kömək üçün əlimdən gələni edəcəm”, -deyə Razi Nurullayev qeyd edib.
Doğrudan da 1-ci qrup əlilə, Qarabağ müharibəsi veteranına qarşı çox laqeyd münasibətdir...
Y.MƏMMƏDLİ