Polşa hökuməti Ukraynadan taxıl idxalını müvəqqəti dayandırır, ölkənin keçmiş baş naziri və hakim Hüquq və Ədalət (HƏ) partiyasının rəhbəri Yaroslav Kaçinski bildirib. Keçmiş Polşa liderini “Reuters” agentliyi sitat gətirir.

“Bu gün hökumət Polşaya taxılın, eləcə də onlarla digər ərzaq növünün idxalını qadağan edən fərman qəbul edib” - deyən o, bunun milli əkinçiliyin qorunması çərçivəsində həyata keçirildiyini bildirib.

"Biz Ukraynanın sarsılmaz dostu və müttəfiqi olmuşuq və qalırıq", - Kaçinski HƏ partiyasının növbəti iclasında vurğulayıb.

Bundan əvvəl Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyi Ukraynadan gələn taxılın emalı və satışına qadağa qoyub. Bu qərara səbəb Ukrayna buğdasının tərkibində olan və insan sağlamlığına mənfi təsir göstərə bilən pestisidlər olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN