Bir çox istehlakçılar bəzən hüquqlarını bilməmə səbəbindən, bəzən isə sahibkarların qanuna zidd olaraq etirazı səbəbindən aldığı malı 14 gün ərzində mağazaya geri qaytara bilmir. Bəzən onu hansısa malla dəyişdirməsi tələb olunur.

İstehlakçı hüquqları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov KİV-ə açıqlamasında “Əgər sahibkar hər hansı məhsulla bağlı bildirirsə ki, mən bu məhsulu dəyişdirə bilərəm, demək, o məhsulu qaytara da bilər”, - deyə bildirib.

O, istehlakçıların diqqətinə çatdırıb ki, məhsulun dəyişdirilməsi və ya qaytarılması zamanı qəbz tələb edilir, lakin bəzən həmin qəbz itirilir.

Roman Qaraşov istehlakçılara tövsiyə edib ki, məhsulun məhz həmin mağazadan alındığını sübut etməyin müxtəlif yollarından istifadə edə bilərlər.

Onun sözlərinə görə, bu zaman mobil tətbiqlərdən istifadə etməklə, yaxud SMS bildirişlər, hətta şahid ifadəsi, və ya kamera görüntüsü vasitəsilə də satışı sübut etmək olar.

Qaraşov onu da diqqətə çatdırıb ki, mal mağazaya qaytarılan, yaxud dəyişdirilən zaman plombu, yarlığı cırılmamalı, zədələnmiş olmamalıdır. Həmçinin həmin mal dəyişdirilməsi ya qaytarılması mümkün olmayan məhsulların siyahısına daxil olmamalıdır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN