İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub.

TEZADLAR.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O, diqqətə çatdırıb ki, bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev hökumətə tapşırıqlar verib.

Millət vəkili vurğulayıb ki, cari ildə ölkənin xərcləri gəlirlərdən 3 milyard manatdan çoxdur və birinci rübdə xərcləmələr proqnozdan artıqdır.

 “Belə ki, bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yendən baxılmasına zəmin yaradıb. Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30.7 milyard, xərcləri 33.3 milyard manatdır”, - deyə  bildirib.

 İqtisadçı ekspertin hesablamalarına görə, ümumi büdcə xərclərinin  az qala yarısı maaş və pensiyalara yönəldilib.

  “Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əmək haqqı və pensiya ödənişləri daxil olmaqla 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu, ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir.Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir”, - diqqətə çatdırıb.

 Vüqar Bayramov büdcə xərclərinə yenidən baxlarkən hansı sahəyə daha çox vəsait ayrılacağını əvvəlcədən məlum olmadığını nəzərə çatdırsa da, sosial və işğaldan azad olunmuş ərazilərimizin prioritet olacağına da diqqət çəkib.

 

 “Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da, bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır”, - deyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN