Ukraynada istehsalçılar artıq ötən il yığılmış ağ kələmin kiloqramını 20-25 qrivnaya  (təqribən 0.93 - 1.16  manat arası) təklif edirlər ki, bu da bir həftə əvvəlkindən orta hesabla 29% bahadır.

Bu barədə EastFruit analitikləri məlumat yayıb. Onlar qiymətlərin belə sürətli artımını bazarda kələm tədarükünün əhəmiyyətli dərəcədə azalması ilə izah edirlər, çünki Ukrayna təsərrüfatlarında bu məhsulun ehtiyatları kifayət qədər tükənib.

"Yerli topdansatış və pərakəndə satış şəbəkələri tərəfindən kələmə tələbatın artması da qiymət artımına təsir edir. Eyni zamanda, əlverişsiz hava şəraiti ilə əlaqədar logistika ilə bağlı tez-tez çətinliklər yaranır və bu, həm də qiymət artımını dəstəkləyir", - ekspertlər əlavə ediblər.

Onlar qeyd ediblər ki, hazırda Ukraynada kələmin qiymətləri bir il əvvəlkindən orta hesabla 40% bahadır.

Bununla yanaşı, bazar iştirakçıları yerli təsərrüfatlarda ağ kələm ehtiyatı sürətlə azaldığından bu məhsulun qiymətində artım meylinin gələcəkdə də davam edəcəyini istisna etmirlər.

Ukrayna KİV-nin məlumatına görə, Ukraynada ərzaq məhsullarının qiymətləri orta hesabla 26,8% bahalaşıb. Ən çox qiymət artımı toyuq yumurtasında qeydə alınıb - 79,8%.

Ukraynanaın Dövlət Statistika Xidmətinin məlumatına görə, mart ayında istehlak bazarında ərzaq və alkoqolsuz içkilərin qiymətləri 2,2% bahalaşıb. Ən çox (17,3%) tərəvəz bahalaşıb.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynada soğanın da qiymətinin bahalaşdığı barədə xəbər yayılmışdı.

Belə ki, Ukraynada 2023-cü ilin əvvəlindən soğanın qiyməti artmağa başlayıb. Martın əvvəlində onun qiymətləri 52-58 qrivnaya  (təqribən 2.70 AZN) çatmışdı.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN